Respublika fənn müsabiqələrinə qeydiyyat müddəti uzadılıb

3 aprel 2022-ci il tarixində ümumi təhsil müəssisələrinin VI-VII
sinif şagirdləri arasında respublika fənn müsabiqələrinin rayon
(şəhər) mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, müsabiqəyə qeydiyyat müddəti 18 mart saat
12:00-a kimi uzadılıb. Qeydiyyat https://portal.edu.az/ platforması
üzərindən həyata keçirilir. Şagirdlər qeydiyyatdan keçərək
buraxılış vərəqəsini əldə edə bilərlər.

Qeyd edək ki, müsabiqə fizika, kimya, biologiya, riyaziyyat və
informatika fənləri üzrə keçiriləcək.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı
uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət
mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə
olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması
və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd
şagirdlərin müəyyən edilməsindən ibarətdir.

Teqlər: