Ukrayna əvvəlcə Krımı götürməlidir – Hoces

Ukrayna əvvəlcə Krımı götürməlidir – Hoces

Ukrayna bu il əvvəlcə Krımı, sonra isə Donbası azad etməlidir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş komandanı Ben Hoces deyib.

Onun sözlərinə görə, Ukraynanın Krımın azad olunması ilə bağlı hərbi kampaniyasını istisna etmək olmaz:

“Qərb ölkələri Ukraynanı lazım olan bütün silahlar, ilk növbədə, uzaqmənzilli raketlərlə təmin edərsə, Kiyev yayın sonuna qədər Krımı ələ keçirə biləcək”, – Hoces bildirib.

Teqlər: