Torbalar pullu oldu: satış azaldımı?

Torbalar pullu oldu: satış azaldımı?

Azərbaycanda polietilen torbaların pulsuz verilməsinə 15 fevraldan son qoyulub. Artıq mağazalarda kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılır. Qərarda əsas hədəf təbiətə ciddi ziyan vuran polietilen torbalardan istifadənin azalmasıdır.

Artıq qərardan yarım ay keçib. Bu müddətdə torbalardan istifadədə azalma müşahidə edilibmi?

Bu barədə AzerTimes-a açıqlama verən “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Arzu Əliyeva bildirib ki, 15 fevral tarixindən öncə polietilen paketlər ödənişsiz olduğundan satış məhsulu kimi kassadan keçmirdi:

“Bu səbəbdən də 15 fevraldan öncə gündəlik nə qədər paket istifadə olunduğuna dair monitorinq aparılmayıb. Öncəki statistik məlumatlar olmadığından ötən dövrlə cari tarixi müqayisə edə bilmirik”.

Ayrı-ayrı mağazaların satıcıları isə polietilen torbalardan istifadənin yarıya qədər azaldığını bildirdilər. Bu azalma xüsusilə şəhər kənarlarında müşahidə edilir.

Şəhər mərkəzində isə polietilen torbalardan istifadədə əhəmiyyətli azalma hələlik yoxdur.

Teqlər: