Ukrayna daha 8 İran PUA-sını vurdu

Ukrayna daha 8 İran PUA-sını vurdu

Ukrayna ordusu bu gün Nikolayev və Odessa vilayətləri üzərində Rusiyanın 8 ədəd “Şahid-136” pilotsuz təyyarəsini vurub.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Cənub Hava Komandanlığı məlumat yayıb.

“Bu gün 03:30-dan 05:30-dək Cənub hava qüvvələrinin hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən Nikolayev rayonu üzərində düşmənin “Şahid-136” tipli 5 kamikadze pilotsuz uçan aparatı məhv edilib. Odessa vilayəti üzərində isə üç ədəd belə dron vurulub”, – məlumatda qeyd olunub.

Teqlər: