Bunu biz də bilirik, rus komandirlər də – Fleminq

Bunu biz də bilirik, rus komandirlər də – Fleminq

Ukraynadakı rus ordusu tükənmiş vəziyyətdədir və əvvəlki bütün nailiyyətləri uğursuzluğa çevrilir.

AzerTimes xəbər verir ki, bunu Britaniya kəşfiyyat xidmətinin rəhbəri Ceremi Fleminq deyib.

“Ukraynanın döyüş meydanında və kiberməkanda cəsarətli hərəkətləri fərq yaradır. Ötən gün Ukraynanın bir neçə şəhərinə raket zərbələri endirilməsinə baxmayaraq, Moskvanın döyüş sursatı tükənmək üzrədir və son səfərbərlik Rusiya Prezidentinin çarəsizliyinin nümayişi idi. Bu, onun tənqidinə və Rusiyanın daha da təcrid olunmasına səbəb olacaq. Biz də, rus komandirləri də bilirik ki, onların təchizat və sursatları tükənmək üzrədir”, – o bildirib.

Fleminqin sözlərinə görə, rus xalqı indi Putinin müharibəsinin problemlərini anlamağa başlayıb:

“Onlar görürlər ki, Putin vəziyyəti dəyərləndirərkən nə qədər yanılıb. Bilirlər ki, onların müasir texnologiyaya, xarici ölkələrə çıxışları ciddi şəkildə məhdudlaşdırılır, səyahət edə bilməyəcəklər”.

Teqlər: