Ukrayna cəbhə xəttini yardı – Britaniya

Ukrayna cəbhə xəttini yardı – Britaniya

Ukrayna qoşunları cənubda Rusiyanın zəif müdafiəsindən istifadə edərək bəzi yerlərdə cəbhə xəttini yara biliblər.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında qeyd olunub.

“Buna cavab olaraq, Rusiya Donbasdan bu ərazilərə bölmələr göndərməklə yaranmış böhranı aradan qaldırmağa çalışacaq. Rusiya komandanlığı həmçinin Ukrayna ordusunun hücumlarından zərər çəkmiş qüvvələri gücləndirmək üçün əlavə birləşmələr yaradır”, – məlumatda bildirilib.

Kəşfiyyat Zaporojye istiqamətinə göndərilmiş Rusiyanın 3-cü ordu korpusunun da zəif olduğunu qeyd edib:

“3-cü ordu korpusunda şəxsi heyət çatışmazlığı var və onun təlim səviyyəsi də aşağıdır”.

Teqlər: