Ukrayna bir ayda nə qədər rus texnikası məhv edir?

Ukrayna bir ayda nə qədər rus texnikası məhv edir?

Ukrayna Silahlı Qüvvələri bir ay ərzində Rusiya sənayesinin il boyu istehsal etdiyi PDM-lərin 1/4-ni döyüş meydanında məhv edir.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

Kovalenko qeyd edib ki, yalnız foto və videolarda rusların PDM-3 itkilərini saysaq, işğalın əvvəlindən bəri artıq bu, 254 ədəd təşkil edib. Amma ümumilikdə, qeydiyyata alınmayan itkiləri nəzərə alsaq, vurulan bu texnikanın sayı 350-ni ötüb.

“Rusiya hərbi sənaye kompleksinin rüb ərzində istehsal etdiyi məhsul orta hesabla ay ərzində utilizasiya olunur”, – Kovalenko qeyd edib.

Teqlər: