Bu istiqamətdə ruslar zəifdir, Kiyev hücum etsə…

Bu istiqamətdə ruslar zəifdir, Kiyev hücum etsə…

Xerson vilayətinin sol sahilində işğal olunmuş ərazinin geri qaytarılması Krımın işğaldan azad edilməsi üçün əsas şərtlərdən biridir.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Valeri Ryabıx bildirib.

O vurğulayıb ki, Rusiya Ukraynanın şərqində qüvvələri cəmləyib və əsas qoşunlarını orada saxlayır:

“Eyni zamanda, cənub istiqamətində düşmən müdafiəni qurmağa çalışır, lakin bu müdafiənin özü və orada istifadə olunan qüvvə və vasitələrin konfiqurasiyası onu göstərə bilər ki, rusların özləri bu ərazini uzun müddət saxlamaq niyyətində deyillər”.

Ryabıxın fikrincə, rusların bu addımı həm ərazinin fiziki-coğrafi xüsusiyyətləri, həm də bu ərazini tutmaq qabiliyyəti ilə bağlıdır. Bu istiqamət ruslar üçün ən həssas istiqamətlərdən biridir:

“Xerson və Zaporojye vilayətlərinin təmas xətti arasında, Azov dənizinin sahilində yerləşən bu lokallaşdırılmış ərazi düşmənin dərin arxa cəbhəyə malik olmasına imkan verməyən, atəşə tutula bilən bir məkandır. Ona görə də bu istiqamətdə Ukrayna qoşunlarının irəliləməsi çox az müqavimətlə qarşılaşacaq”.

Teqlər: