Ukrayna Belarusa hücum etdi – KİV

Ukrayna Belarusa hücum etdi – KİV

Ukraynadan Belarus ərazisinə hücum edilib. Hücum zamanı Ukrayna hərbçiləri qumbaraatan və pilotsuz uçuş aparatlarından istifadə ediblər.

AzerTimes xəbər verir ki, bu barədə “Belarus 1” kanalı məlumat yayıb.

Məlumata görə, hadisə mayın 30-da səhər saatlarında Belarus-Ukrayna sərhədində baş verib. Ehtimal olunur ki, pilotsuz təyyarə Belarus qoşunlarının yerləşdiyi yerə zərbə endirməyə cəhd edib. Belarus döyüş bölmələri dronu dərhal zərərsizləşdiriblər. Belarus ərazisinə AGS-17-nin sursatları düşüb, lakin partlamayıb.

Teqlər: