Çində 286 min insan təxliyə edildi

Çində 286 min insan təxliyə edildi

Çinin cənubundakı Hunan əyalətində mövsümi yağışlar daşqınlara səbəb olub.

AzerTimes xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, leysan yağışları nəticəsində bir çox çay və göldə suyun səviyyəsi təhlükəli həddə çatıb.

İyunun əvvəlindən əyalətdə 2700 evə ziyan dəyib, 286 min insan evlərini tərk etməli olub.

Teqlər: