Ukrayna Baş Qərargahı Rusiyanın beş təyyarəsinin vurulduğunu bildirib

Fevralın 24-də Ukrayna orduasu Rusiya Silahlı Qüvvələrinin beş
təyyarəsi və bir helikopterini vurub.

Trend-in
məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş
Qərargahı bildirib.

Eyni zamanda, Ukrayna Baş Qərargahı Rusiya qoşunlarının həm
Rusiya, həm də Belarus ərazisindən Ukrayna sərhədinə hücum etdiyini
bildirib.


Son məlumatlara əsasən, Ukrayna tərəfi Lutsk vilayətinin iki
kəndinin ələ keçirildiyini bildirib.