“Buta Airways” bugünkü Bakı-Həştərxan reysini ləğv edib

Rusiyanın cənub hava limanlarından uçuşlara məhdudiyyətlər
qoyulması səbəbindən “Buta Airways” aviaşirkəti cümə axşamı üçün
nəzərdə tutulan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

Bu barədə AzerTimes-a “Buta
Airways” aviaşirkətindən məlumat verilib.

“Rosaviasiyanın məlumatına əsasən, cənub hava məkanından
istifadəyə qadağa qoyulduğu üçün bu gün Həştərxan hava limanından
bütün reyslər ləğv olunub.

Ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə
dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara
bilərlər.

Bütün sərnişinlərimizdən ən son uçuş məlumatlarını aviaşirkətin
rəsmi sosial şəbəkə səhifələrində izləmələrini xahiş edirik”,-
məlumatda deyilir.

“Buta Airways”in rəsmi sosial şəbəkə səhifələri:

• facebook.com/ButaAirways

• instagram.com/ButaAirways

• twitter.com/ButaAirw…

Teqlər: