Ukrayna açıqladı: Zaporojyedə uğurlar var

Ukrayna açıqladı: Zaporojyedə uğurlar var

Rus qoşunları Xerson vilayətində xeyli itki verib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən şəxsi heyət, silah və texnika itkiləri verməkdə davam edir. Gün ərzində Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələri Mi-35M helikopterini vurublar. Zaporojyedə uğurlar var. Xerson vilayətində düşmən canlı qüvvəsini xeyli itirib”, – məlumatda deyilir.

Qeyd olunur ki, Ukrayna aviasiyası Xerson vilayətinin Xerson, Kaxovka və Berislav bölgələrində düşmən konsentrasiyasına zərbələr endirib:

“Yujnobuj istiqamətində düşmən Kulbakino, Nikolayevka, Stepnaya Dolina, Muraxovka, Novopavlovskoye, Şevçenkovo, Zarya, Partizanskoye, Aprelskoye, Novoqriqoriyevka, Kiselevka, Knyazevka, Lukorovka, Osoparov yaşayış məntəqələri ərazilərində top artilleriyasından və reaktiv yaylım atəş sistemlərindən istifadə edib”.

Teqlər: