Rusiya bu ərazilərdə 20 həbsxana yaradıb

Rusiya bu ərazilərdə 20 həbsxana yaradıb

Rusiya hərbçiləri Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində azı 20 filtrasiya düşərgəsi və həbsxana yaradıblar.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Yevgeni Tsumbalyuk deyib.

“Hələ də cinayətlərin davam etdiyi çoxlu yerlər var. İşğal olunmuş ərazilərdə ən azı 20 filtrasiya düşərgəsi və həbsxana müəyyən edilib. Biz Donetskdəki həbsxananda baş verən dəhşətlərdən çox yaxşı xəbərdarıq. Ona görə də Rusiyanın bu həbsxananı bütün Ukraynaya yaymasının qarşısını almalıyıq. Hələlik Xerson və Zaporojye vilayətləri Rusiya hərbçiləri tərəfindən Ukraynada oğurluq hallarının sayına görə ön sıradadır”, – o bildirib.

Teqlər: