“Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi ilə növbəti görüş keçirilib

“Uğur yolu” Karyera İnkişaf Proqramının qalibi Xamis Seyranovla
mentoru İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə
Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev arasında növbəti
görüş keçirilib.

Mentorluq proqramı çərçivəsində Xamis Seyranov “Sənaye
parklarında elektrik enerjisinin səmərəli istifadəsi və
“AzərEnerji” ASC ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi”
layihəsinə cəlb edilib.

Qeyd edək ki, mentorluq proqramı çərçivəsində əhəmiyyətli
effektiv nəticənin əldə olunması məqsədilə qalib şəxslə 1 il
müddətində mütəmadi olaraq görüş və müzakirələr keçiriləcək.

Teqlər: