UEFA Region Kuboku yarışlarının 2022-23-cü il mövsümünün ilkin mərhələsinin oyunları Azərbaycanda keçiriləcək

UEFA Region Kuboku yarışlarının 2022-23-cü il mövsümünün ilkin
mərhələsinin oyunları iyunun 23-29-da Azərbaycanda keçiriləcək.

Trend
AFFA-nın saytına istinadla xəbər verir ki, ölkəmizi bu turnirdə
təmsil edəcək Region Liqasının 2021-22-ci il mövsümünün qalibi
ilkin mərhələnin ikinci qrupunda Belarus komandası ilə
qarşılaşacaq. İlkin mərhələnin birinci qrupunda isə Gürcüstan,
Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaqlar.

Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda
mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə,
Portuqaliya, Finlandiya komandalarının rəqibi olacaq.

Qeyd edək ki, UEFA Region Kuboku yarışlarının 2020/2021-ci il
mövsümü COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.

Teqlər: