“Moskva” kreysirinin 1 heyət üzvü ölüb, 27-si isə itkin düşüb – Rusiya MN

“Moskva” kreyserində baş verən yanğın nəticəsində heyətin 27
üzvü itkin düşüb, 1 üzvü isə həlak olub.

Trend “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın
Müdafiə Nazirliyindən bildiriblər.

“Aprelin 13-də sursatların partlaması nəticəsində baş vermiş
yanğında “Moskva” raket kreyserinə ciddi ziyan dəyib. Heyətin
yanğını söndürmək cəhdləri uğursuz olub. Gəminin batmaması uğrunda
mübarizə zamanı bir hərbçi həlak olub, daha 27 heyət üzvü itkin
düşüb”, – deyə açıqlamada deyilir.