UEFA “Qarabağ”a 1,2 milyon avro ödədi

UEFA “Qarabağ”a 1,2 milyon avro ödədi

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib.

AzerTimes AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “köhlən atlar”ın UEFA Avropa Liqası turnirinin qrup mərhələsində qazandığı qələbələrə görə (Performance bonus) Avropa futbol qurumu tərəfindən ayrılmış 1.294.000 avro maliyyə vəsaiti ödənilib.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Teqlər: