İsraildə son 3 ildə 5-ci parlament seçkisi keçirilir

İsraildə son 3 ildə 5-ci parlament seçkisi keçirilir

Bu gün İsrail parlamentinə (Knesset) növbədənkənar seçkilər keçirilir.

AzerTimes xəbər verir ki, səsvermə yerli vaxtla səhər saat 7:00-da başlayıb və axşam saat 22:00-da başa çatacaq.

İsrail Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 6.78 milyon seçici var.

Seçkinin nəticələrinə əsasən 25-ci çağırış parlamentinin tərkibi müəyyənləşəcək, daha sonra hökumət koalisiyasının yaradılması proseduruna başlanacaq. Əgər prosedur uğurlu olarsa, yeni hökumət və baş nazir and içəcək.

Qeyd edək ki, bu, 2019-cu ilin aprelin 9-dan bəri İsraildə sayca 5-ci parlament seçkisidir.

Teqlər: