Uçquna görə bağlanan Lahıc yoluna texnikalar cəlb edilib

Bu gün baş verən torpaq uçqunu nəticəsində bağlanan Lahıc
yolunda hərəkətin bərpası üçün əraziyə texnika və canlı qüvvə cəlb
edilib.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

“Selin gətirdiyi torpaq, daş və ağac parçalarının çoxu
təmizlənib. Yolda hərəkətin yarım saat ərzində bərpa olunacağı
gözlənilir”, – deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, hadisə İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil
yolunun keçdiyi Niyaldağ silsiləsində baş verib.

Səhər saatlarında sel nəticəsində dağlardan gələn torpaq, daş və
ağac parçaları avtomobil yoluna tökülüb. Bu səbəbdən həmin yolda
nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Teqlər: