Ucarda mikroavtobus ilə yük avtomobili toqquşub, ölənlər var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ucar rayonunun Müsüslü kəndində “Mercedes” markalı mikroavtobus ilə “Shacman” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Teqlər: