ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Moskvaya səfər edəcək

ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri 12-15 iyul tarixlərində Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: “ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri Rusiya hökumətinin nümayəndələri ilə qlobal iqlim gündəminin artırılması üzrə müxtəlif məsələləri müzakirə etmək üçün 12-15 iyul tarixlərində Moskvaya səfər edəcək”.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi XİN rəhbəri Sergey Lavrovun gələn həftə Con Kerri ilə görüşü olacağını açıqlamışdı.