Ucarda iki koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19
infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə həyata
keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus
xəstələri ictimai yerlərdə aşkar olunublar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a
verilən məlumata görə, rayon sakini R.Əliyevə koronavirus testinin
nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də
o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk
edib.

R.Əliyev rayon ərazisində aşkarlanıb, onunla izahedici söhbətlər
aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə
qaytarılıb.

Aktiv COVID-19 xəstəsi olan Y.Həsənov da analoji qayda
pozuntusunu törədib. Yaşadığı ünvanı tərk edən həmin şəxs ictimai
yerdə aşkarlanıb və yaşadığı evə geri qaytarılıb.

Hər iki şəxs barəsində Ucar Rayon Polis Şöbəsində araşdırmalar
aparılır.

Teqlər: