Üç universitetdə monitorinq keçirilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2022-ci ilin fəaliyyət
planına uyğun olaraq, ali təhsil müəssisələrində (ATM) ötən
akkreditasiya qiymətləndirilməsi nəticəsində Akkreditasiya
Komissiyası tərəfindən verilmiş tövsiyələrin icrasının
monitorinqlərinə start verib.

Agentlikdən
Trend
-ə verilən məlumata görə, mart ayı üzrə Bakı Avrasiya
Universiteti, Bakı Qızlar Universiteti və Bakı Slavyan
Universitetində monitorinqlər baş tutub. Sözügedən monitorinqlər
çərçivəsində Agentliyin Keyfiyyət təminatı departamentinin
Akkreditasiya və lisenziya şöbəsi tərəfindən prorektorlar,
universitetin müvafiq struktur bölmələrinin rəhbərləri, eləcə də
dekan və kafedra müdirləri ilə müsahibələr aparılıb.

TKTA tərəfindən Universitetin təqdim etdiyi ilkin hesabata uyğun
olaraq müsahibələrin aparılması və sənədlərin verifikasiyası
nəticəsində ATM-in akkreditasiyadan sonrakı dövr ərzində verilmiş
tövsiyələrin icra olunması ilə bağlı təhlillər aparılaraq yekun
hesabat hazırlanacaqdır.

Qeyd edək ki, 2022-ci ilin sonunadək silsilə olaraq 15 ATM-də
monitorinqlərin aparılması nəzərdə tutulub.

Teqlər: