AzMİU-nun jurnalı Rusiya Elmi İstinadlar İndeksi məlumat bazasında yerləşdiriləcək (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Biznesin
iqtisadiyyatı və menecment” kafedrasınin müdiri professor Məhəbbət
Məmmədovun baş redaktorluğu ilə 2016-ci ildən nəşr olunan “Tikinti
iqtisadiyyatı və menecment” elmi-praktiki jurnalı Rusiya Elmi
istinadlar indeksi (RINC) məlumat bazasında yerləşdiriləcək.
Jurnalın bazada yerləşdirilməsi və təbliği məqsədi ilə 11 mart
2022-ci il tarixində Elmi Elektron Kitabxana (eLIBRARY) ilə
69-03/2022 saylı lisenziya müqaviləsi bağlanıb.

AzMİU və eLIBRARY arasında bağlanan müqavilə iqtisadçı
alımlərin, professor-müəllim heyətinin, doktorantların,
magistrlərin, mütəxəssislərin elmi araşdırmalarının, məqalələrinin
və alınan nəticələrinin qeyd olunan bazada yerləşdirilməsini və
onlara istinadların artırılmasını təmin edəcək. Eyni zamanda
“Tikintinin iqtisadiyyatı və menecment” jurnalının beynəlxalq
məlumat bazalarında yerləşdirilməsi jurnalda nəşr olunan elmi
məqalələrin geniş təbliğ edilməsində xüsusi əhəmiyyətə malik
olacaq.

Məlumat üçün qeyd edək ki, RINC – eLIBRARY.RU-ya inteqrasiya
olunmuş elmi informasiya resursunun tərkib hissəsi kimi
müəlliflərin nəşrlərinin biblioqrafik məlumat bazasıdır.
eLIBRARY.RU isə İnternetin Rusiya zonasında inteqrasiya olunmuş
elmi informasiya portalıdır, eyni zamanda elmi nəşrlərin məlumat
bazaları, elm və ali təhsilin informasiya təminatı xidmətidir.

Teqlər: