Üç nazirin bir uzun cümlədən İrəvana mühüm 4 mesajı

Üç nazirin bir uzun cümlədən İrəvana mühüm 4 mesajı

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakı bəyannaməsinin mətnində Ermənistanla bağlı hissə əhəmiyyətlidir. 3 ölkənin xarici işlər naziri “Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət əsasında münasibətlərin normallaşmasına öz dəstəklərini bir daha təsdiq ediblər, onların arasında münasibətlərin tezliklə qurulmasının regional sabitliyə və təhlükəsizliyə mühüm töhfə verəcəyindən və regionun əməkdaşlıq potensialının tam reallaşmasına yol açacağından əmin olduqlarını bildiriblər və bununla əlaqədar Gürcüstan və Türkiyənin region ölkələri kimi müsbət rolunu qeyd ediblər”.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, bu “uzun cümlə ilə” Ermənistana aşağıdakı mesaj göndərilir:

1) İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərtilə sülh sazişinin imzalanmasını yubatmasın;

2) Bu saziş Ermənistanın regional layihələrə qoşulmasına şərait yaradacaq;

3) Ermənistan uzaq ölkələrdə vasitəçi axtarmaqansa, Gürcüstan və Türkiyənin imkanlarından istifadə etsin;

4) Bunlar reallaşarsa, Ermənistanın Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq platformasında iştirakı da mümkündür.

Teqlər: