“Neftçi” darmadağınla ikinci pilləyə yüksəldi

“Neftçi” darmadağınla ikinci pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

AzerTimes xəbər verir ki, günün yeganə qarşılaşmasında “Neftçi” doğma meydanda “Səbail”i qəbul edib.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 40-a çatdıran “Neftçi” ikinci pilləyə yüksəlib. “Səbail” isə 37 xalla beşinci sırada qərarlaşıb.

Qeyd edək ki, III dövrənin son turunun digər qarşılaşmaları martın 16-17-də oynanılacaq.

Teqlər: