“Twitter” mesajların redaktə edilməsi funksiyası üzərində işləyir

“Twitter” şirkətin istehlak şöbəsinin rəhbəri Cey Sallivan
bildirib ki, sosial şəbəkə rəhbərliyi istifadəçilərə mesajları
redaktə etmək imkanı verəcək funksiya üzərində işləyir.

AzerTimes-ın
məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Keçən ildən biz [mesajların] redaktə funksiyasını təhlükəsiz
şəkildə necə tətbiq edəcəyimizi araşdırırıq və növbəti aylarda
sınaqlara başlamağı planlaşdırırıq”, – deyə o bildirib.

C.Sallivan qeyd edib ki, yeni funksiya üzərində işləmək üçün
vaxt lazımdır, çünki xüsusilə mesajın redaktə oluna biləcəyi vaxt
məhdudiyyəti kimi aspektləri, habelə dəqiq nəyin dəyişdirilməsi
barədə məlumatın mövcudluğunu nəzərə almaq lazımdır.