Ramazanın 5-ci gününün duası, imsak və iftar vaxtı

Sabah Ramazan ayının beşinci günüdür.

AzerTimes-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin
açıqladığı Ramazan təqviminə əsasən, aprelin 6-da Bakıda imsak saat
04:49-da, iftar isə saat 19:24-dədir.

Ramazan ayının 5-ci gününün duası:

“Allahumməc-əlni fihi minəl-müstəğfirin. Vəc-əlni fihi min
ibadikəs-salihinəl-qanitin. Vəc-əlni fihi min
övliyaikəl-müqərrəbin. Birə-fətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi:

“İlahi, bu gün məni bağışlanmışlardan, sənin fərmanına baş əyən
saleh bəndələrindən və yaxın dostlarından qərar ver. Mərhəmətinə
and verirəm, ey rəhmlilərin ən rəhmlisi!”

Allah orucunuzu qəbul etsin!

Teqlər: