“TURKOVAC”-ın Azərbaycandakı sınaqları 15 ay davam edəcək

Türkiyənin koronavirusa qarşı yerli vakisini olan “TURKOVAC”ın
3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Sağlamlıq
Mərkəzindən bildirilib.

“Sınaqlar 15 ay ərzində davam edəcək. Könüllü olmaq üçün
müraciət edənlər var. Ümumi nəticələr əldə olunduqdan sonra Türkiyə
tərəfinə təqdim olunacaq. Ondan sonra ictimaiyyətə rəsmi açıqlama
veriləcək” ,– deyə əlavə edilib.

Qeyd edək ki, Azərbaycanda “TURKOVAC”-ın 3-cü faza kliniki
sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının
prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin
direktoru Asiman Həsənov arasında protokol imzalanıb.

Teqlər: