Bu gündən birinci sinifə şagird qəbulu üzrə məktəb seçimi başlayır

Bu gündən Azərbaycan bölməsi üzrə məktəb seçiminə
başlanılır.

Trend xəbər verir ki, bu gündən həmçinin dövlət
ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci
siniflərinə qəbulla bağlı məktəbəhazırlıq qruplarına cəlb olunan və
olunmayan uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının
yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün
qeydiyyat da mümkün olacaq.

Eyni zamanda Bakı Avropa liseyi, Respublika İncəsənət
gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin
Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı
müsabiqəyə yazılmaq olar.

Uşaqların birinci siniflərə elektron qəbulu prosesinin tarixləri
və ardıcıllıqları aşağıda qeyd olunan qaydada təşkil olunacaq:

– 30 may saat 11:00-da dövlət ümumi təhsil müəssisələrinin
tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı
müsahibəyə yazılma mərhələsi bitir;

– 10 maydan – 31 may tarixinədək dövlət ümumi təhsil
müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə
qəbulla bağlı müsahibələrin təşkili;

– 20 maydan – 4 iyun tarixinədək dövlət ümumi təhsil
müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə
qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının
yoxlanılması məqsədilə təşkil olunan müsahibədə övladlarının
qiymətləndirilməsindən narazı olan valideynlərin müraciətlərinə
baxılması;

– 11 iyun saat 11:00-da dövlət ümumitəhsil müəssisələrinin
tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul üçün
müsahibədən uğurla keçən uşaqların valideynləri tərəfindən məktəb
və müəllim seçimi ilə bağlı sorğuların yerləşdirilməsi (Bakı Avropa
liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas
musiqi məktəbi istisna olmaqla) və rus bölməsi üzrə 1-ci
siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil
müəssisələrinə(siyahı əlavə edilmişdir) qəbulla bağlı prioritetlər
üzrə məktəb seçimi;

– 11 iyun saat 11:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul
müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə qəbulla
bağlı (prioritetləri olmayan uşaqlar üçün) müsabiqəyə yazılma (Bakı
Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta
ixtisas musiqi məktəbi də daxil olmaqla);

– 18 iyun saat 18:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul
müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan
uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinə qəbulla bağlı
müsabiqəyə (həm tədris digər dillərdə aparılan bölmə üzrə, həm də
Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına
orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə) yazılmaq
üçün qeydiyyat bitir;

– 18 iyun saat 18:00-da rus bölməsi üzrə 1-ci siniflərinə qəbul
müsabiqə yolu ilə aparılan (prioritetlər üzrə üstünlüyü olan
uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinin prioritetlər
üzrə seçimi üçün qeydiyyat bitir.

– 18 iyundan 25 iyun tarixinədək rus bölməsi üzrə 1-ci
siniflərinə qəbul müsabiqə yolu ilə aparılan(prioritetlər üzrə
üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil müəssisələrinə
rus bölməsi üzrə qəbulla bağlı müsabiqələrin keçirilməsi;

– 27 iyundan 14 sentyabr tarixinədək rus bölməsi üzrə 1-ci
siniflərinə qəbul müsabiqə yolu ilə aparılan(prioritetlər üzrə
üstünlüyü olan uşaqlar istisna olmaqla) ümumi təhsil
müəssisələrinin prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla
keçən uşaqlar üçün müəllim seçiminin başlaması;

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə ümumi təhsil
müəssisələrinin birinci siniflərinə şagird qəbuluna mayın 4-dən
start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı
vasitəsilə aparılır və qeydiyyat sentyabrın 14-də başa çatacaq.

Teqlər: