Türkmənistan Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham
Əliyevə təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

“Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və
bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş
arzularımı çatdırmaqdan şərəf duyuram.

Bu illər ərzində Azərbaycan Respublikası siyasi,
ticari-iqtisadi, mədəni-humanitar sahələrdə, xalqın rifahının
yaxşılaşdırılmasında və beynəlxalq aləmdə ölkənin nüfuzunun
yüksəldilməsində sanballı uğurlar qazanıb.

Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında
mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə
söykənən qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi
naminə bundan sonra da dinamik inkişaf edəcəkdir. Fərəhlə qeyd
etməliyik ki, son illər ərzində ölkələrimiz arasında səmərəli,
qarşılıqlı faydalı əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə
yüksəlib.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək,
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş
Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzu
edirəm”.

Teqlər: