Türkiyənin xarici ticarət dövriyyəsi 200 milyard dolları ötüb

2022-ci ilin aprelində Türkiyənin xarici ticarət dövriyyəsi
52,848 milyard dollar təşkil edib.

Trend-in
məlumatına görə, bu barədə Turkic.World-a ölkənin Ticarət
Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyənin ixracı ötən ilin apreli ilə müqayisədə
24,6 faiz artaraq 23,368 milyard dollara, idxalı isə 35 faiz
artaraq 29,48 milyard dollara çatıb.

Türkiyənin 2022-ci ilin yanvar-aprel aylarında xarici ticarət
dövriyyəsi 200,381 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə 21,6 faiz artaraq 83,531 milyard dollara, idxalı isə
40,2 faiz artaraq 116,85 milyard dollara çatıb.

Qeyd edək ki, 2021-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsi
496,715 milyard dollar, ixracı 225,291 milyard dollar, idxalı
271,424 milyard dollar təşkil etmişdi.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: