Hərbi İdarəetmə İnstitutunda NATO-nun təlim kursu keçirilir (FOTO)

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq
üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Milli Müdafiə Universitetinin
tərkibində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda NATO-nun
Brunssum şəhərində (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr
Komandanlığının Mobil təlim qrupu tərəfindən “NATO-da əməliyyatın
planlama prosesi” mövzusunda təlim kursu keçirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, kurs müddətində dinləyicilərə NATO haqqında
ümumi məlumat, ştat strukturu və əməliyyatların planlama prosesi
ilə bağlı müxtəlif sahələr üzrə brifinqlər təqdim olunur.

Həmçinin mövzuya dair fikir mübadiləsi aparılaraq, praktiki qrup
çalışmaları yerinə yetirilir.

Teqlər: