Türkiyənin vitse-prezidenti TDT-nin baş katibi ilə görüşdü

Türkiyənin vitse-prezidenti TDT-nin baş katibi ilə görüşdü

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev Türkiyənin vitse-prezidenti Cövdət Yılmazla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

Baş katib vitse-prezidentə Təşkilatın son fəaliyyəti, o cümlədən qarşıdan gələn TDT X sammitinə hazırlıq barədə məlumat verib.

Vitse-prezident Cövdət Yılmaz Türkiyənin TDT çərçivəsində çoxtərəfli əməkdaşlığa güclü bağlılığını qeyd edib.

Teqlər: