“Qarabağ” Çili millisinin üzvünü icarəyə götürmək istəyir

“Qarabağ” Çili millisinin üzvünü icarəyə götürmək istəyir

“Qarabağ” Çilinin “Kolo-Kolo” komandasının futbolçusu Xordi Tompsonu icarəyə götürmək istəyir.

AzerTimes Report-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin ilk təklifi qarşı tərəfi qane etməyib.

İddiaya görə, “köhlən atlar” Azərbaycanda yay transfer pəncərəsi bağlananadək (5 sentyabr) “Kolo-Kolo”ya daha sərfəli təklif göndərəcək.

Qeyd edək ki, Xordi Tompson Çilinin U-20 yığmasının da üzvüdür.

Teqlər: