Türkiyənin məşhur aktyorları Bakıda

Türkiyənin məşhur aktyorları Bakıda

Türkiyənin məşhur “Çakallarla dans” komediya filminin 6-cı hissəsinin Bakıda da qala-gecəsi keçirilib.

AzerTimes Musavat.com-a istinadla xəbər verir ki, “Park Cinema Flame Touers”də baş tutan qala-gecədə tanınmış aktyorlar Didem Balçın, Hakan Bilgin, Murat Akkoyunlu, eləcə də filmin rejissoru Murat Şeker də iştirak ediblər.

Hakan Bilginin sözlərinə görə, bu, “Çakallarla dans 6” filminin ölkə xaricində baş tutan ilk qala-gecəsidir: “Qardaşlarımızla bir yerdə olduğumuz üçün çox xoşbəxtik. Sizinlə buraya əylənməyə gəldik”.

“Diriliş Ərtoğrul” və “Kuruluş Osman” seriallarının qəhrəmanı Didəm Balçın isə Bakı ilə bağlı təəssüratlarını bölüşüb: “Bizi çox gözəl qarşıladınız. Bakıya ilk dəfədir gəlmişəm və şəhərinizi çox bəyəndim”.

“Çakallarla dans 6” Türkiyədə nümayişinin ilk həftəsində ilin ikinci ən çox izlənilən komediya filmi olub. Filmdə həmçinin Timur Acar, Şövkət Çoruh, İlkər Ayrık da çəkilib.

Azərbaycan tamaşaçıları filmi “Park Cinema”nın bütün kinoteatrlarında izləyə bilərlər.

Teqlər: