Rumıniya Moldovaya odun göndərməkdən imtina etdi

Rumıniya Moldovaya odun göndərməkdən imtina etdi

Moldova noyabrın sonunda Rumıniyanın ona vəd etdiyi odunu hələ də almayıb.

AzerTimes xəbər verir ki, bunu Moldovanın ətraf mühit naziri Rodik Yordanov deyib.

Onun sözlərinə görə, Rumıniya odun ixracına qadağa qoyub və qiymətləri kəskin bahalaşdırıb.

“Rumıniyada hətta Moldovaya odun ixracına qadağa qoyulub. Onlar söz vermişdilər ki, bizi odunla təmin edəcəklər. Hazırda Rumıniya tərəfi bununla bağlı heç bir açıqlama vermir”, – nazir bildirib.

Teqlər: