Türkiyəli və azərbaycanlı alpinistlər İlandağın zirvəsində Xocalı faciəsinin qurbanlarını anıb (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Bir qrup türkiyəli və azərbaycanlı alpinist Xocalı faciəsinin
30-cu ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikasındakı
İlandağa dırmanıb.

Trend-in
məlumatına görə, tədbir Azərbaycanın Qarsdakı baş konsulluğu, “Zirvə” alpinizm və təbiət idman növləri klubu tərəfindən təşkil
edilib.

Qeyd olunur ki, Türkiyədən olan 24 alpinist Naxçıvan MR-a
gələrək 7 azərbaycanlı ilə birgə İlandağı fəth edib.


Alpinistlər zirvəni fəth etdikdən sonra anım mərasimi
keçirilib.

İlandağa dırmanma 7 saata yaxın davam edib.

Teqlər: