Türkiyəli deputat Metsamor AES-ni dərhal bağlamağa çağırıb

Türkiyə Çernobıl AES-ə görə 40 minə qədər insanın həyatına son
qoyan faciə kimi faciənin təkrarlanmasına imkan verməməlidir.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə parlamentində
mətbuat konfransı zamanı Milliyyətçi Hərəkat Partiyasından (MHP)
olan deputat Yaşar Karadağ bildirib.

Türkiyə parlamentində sərhədyanı Iğdır vilayətini təmsil
etdiyini qeyd edən Y.Karadağ Ermənistandakı Metsamor Atom Elektrik
Stansiyasının dərhal bağlanmasına çağırıb.

Millət vəkili ötən gün Ermənistan-Gürcüstan sərhədində baş verən
və Türkiyənin Iğdır, Qars, Ərdəqan və Ağra vilayətlərinin
sakinlərinin də hiss etdiyi 5,3 bal gücündə zəlzələyə diqqət
çəkib.

O qeyd edib ki, Ermənistanın AES-də baş verəcək hər hansı qəza
avtomatik olaraq Iğdır, Van, Ağra və Ərzurumda radiasiya fonunu
artıracaq və eləcə də xərçəng xəstəliyinin də artmasına səbəb
olacaq.

Teqlər: