Əbu-Dabinin simvolları Türkiyə bayrağının rənglərinə boyanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabinin əsas
görməli yerləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri
şərəfinə Türkiyə bayrağının rənglərinə boyanıb.

AzerTimes-ın məlumatına görə, xüsusilə, Fars körfəzinin sahilində
yerləşən “Emirates Palace” otelinin üzərinə Türkiyə Respublikasının
dövlət bayrağı proyeksiya edilib. Həmin oteldə Türkiyə dövlətinin
başçısı BƏƏ-yə rəsmi səfəri zamanı qalıb.

Bundan əvvəl Dubayın əsas görməli yerlərindən biri – Burj Xəlifə
göydələni Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri
münasibətilə Türkiyə bayrağının rənglərinə boyanıb.