Türkiyədə zəncirvari qəza olub, yaralananlar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin İstanbul şəhərində zəncirvari avtomobil qəzası baş
verib.

Trend-in
məlumatına görə, 9 avtomobilin toqquşduğu qəzada azı 5 nəfər
xəsarət alıb.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib. Xəsarət
alanlar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, qəza ilə əlaqədar bölgədə nəqliyyatın hərəkəti
məhdudlaşdırılıb.