Mərkəzi Bank və Maliyyə Nazirliyinin Beynəlxalq Bankın özəlləşdirilməsi prosesində iştirakı məhdudlaşdırılıb

Prezident İlham Əliyev “Azərbaycan Beynəlxalq Bankı” Açıq
Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə
hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli
570 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman
imzalayıb.

Dəyişikliklərə əsasən, fərmanda 3 maddə ləğv edilib:

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

3.3. “Azərbaycan Beynəlxalq Bankı” ASC-də dövlətə məxsus
səhmlərin imkan verdiyi dərəcədə bankın restrukturlaşdırılması,
maliyyə durumunun sağlamlaşdırılması və kapitallaşması,
fəaliyyətinin səmərəliliyinin artırılması, idarə edilməsinin müasir
korporativ idarəetmə standartları əsasında təşkili, ümumi
yığıncaqda İdarə Heyətinin tərkibinin yenidən formalaşdırılması,
bankın kredit, borclanma, kadr siyasətinin təkmilləşdirilməsi,
habelə “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş və
ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması üçün
təsirli tədbirlər görsün;

3.4. restrukturizasiya və sağlamlaşdırılma tədbirləri başa
çatdıqda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin və Azərbaycan Respublikası Mərkəzi Bankının rəyləri
nəzərə alınmaqla “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə
kapitalında dövlətə məxsus səhmlərin özəlləşdirilməsi üzrə
tədbirlər planını altı ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;

4. Azərbaycan Respublikasının Mərkəzi Bankı:

4.2. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin özəlləşdirməqabağı
sağlamlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsində öz
səlahiyyətləri daxilində iştirak etsin.

Teqlər: