Türkiyədə xizək kurortunda otelin çardağı uçub, xəsarət alanlar var

Türkiyədə “Saklıkent” xizək mərkəzində otelin çardağının uçması nəticəsində 8 nəfər xəsarət alıb.

AzerTimes-ın məlumatına görə, çardaq yığılan qarın ağırlığından üçub.

Yaralananlar hadisə yerinə gələn təcili tibbi yardım helikopteri ilə xəstəxanaya aparılıb.


Onların aldıqları xəsarətlərin həyati təhlükəsinin olmadığı bildirilib.