İspaniya La Liqası: “Barselona” “Atletiko Madrid”i məğlub edib

Fevralın 6-da futbol üzrə İspaniya La Liqasında 22-ci turun mərkəzi qarşılaşması keçirilib.

AzerTimes-ın məlumatına görə, “Nou Kamp” stadionunda baş tutan görüşdə “Barselona” klubu öz meydanında “Atletiko Madrid”i qəbul edib.

Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.


Kataloniya təmsilçilərinin heyətində Jordi Alba, Pablo Gavira, Ronald Araujo, Sani Alves, madridlilərdə isə Yannik Karassko və Luis Suares fərqləniblər.

Bu qələbə sayəsində “Barselona” xal ehtiyatını 38-ə çatdıraraq turnir cədvəlində “Atletiko Madrid”i qabaqlayaraq dördüncü pilləyə yüksəlib. Madrid təmsilçisinin aktivində 36 xal var.

Teqlər: