Türkiyədə “Saklıkent” xizək mərkəzində otelin çardağının uçması nəticəsində 8 nəfər xəsarət alıb.
AzerTimes-ın məlumatına görə, çardaq yığılan qarın ağırlığından üçub.
Yaralananlar hadisə yerinə gələn təcili tibbi yardım helikopteri ilə xəstəxanaya aparılıb.
Onların aldıqları xəsarətlərin həyati təhlükəsinin olmadığı bildirilib.