Türkiyədə turist avtobusu qəzaya uğrayıb, 5 ölü, 20-dən çox yaralı var (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin Konya vilayətində turist avtobusu qəzaya uğrayıb.

Trend-in
məlumatına görə, hadisə nəticəsində 5 nəfər həlak olub, daha 26
nəfər isə xəsarət alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onların
vəziyyəti barədə ətraflı məlumat verilməyib.

Qeyd olunur ki, qəzaya yolun buz bağlaması səbəb olub.