Türkiyədə turist avtobusu qəzaya uğradı: 2 ölü, 28 yaralı

Türkiyədə turist avtobusu qəzaya uğradı: 2 ölü, 28 yaralı

Türkiyənin Bursa şəhərində turist avtobusu qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, məlumata görə, Kütahya şəhərindən yola çıxan avtobus Bursanın İnegöl rayonu ərazisində dərəyə yuvarlanıb.

Qəza nəticəsində avtobusda olan 47 sərnişindən 2-si ölüb, 28 nəfər xəsarət alıb.

Hadisə yeri çox sayda təcili tibbi briqada, polis əməkdaşı və xilasetmə qrupu cəlb olunub.

Teqlər: