Türkiyədə son sutkada koronavirusdan 7 210 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 80 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 983 nəfərə çatıb.


Onun sözlərinə görə, ölkədə 7 857 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 631 876 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 7 210 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 5118 758 nəfər təşkil edir.

Teqlər: