“Liverpul” ardıcıl dördüncü matçını uduzur

“Liverpul” İngiltərə futbol çempionatının 25-ci turunda “Everton”a 0:2 hesabı ilə məğlub oldu.

AzerTimes-ın məlumatına görə, görüş “Enfild” stadionunda baş tutub.

Qolları Rişarlison (3-cü dəqiqə) və Gilfi Siqurdson (84, penaltidən) vurublar.

Qeyd edək ki, “Liverpul” komandası cari çempionatın ardıcıl dördüncü matçında məğlub oldular.

Teqlər: